Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Kinematoqrafçılar İttifaqının birinci katibi təyin olunub
Xalq artisti Şəfiqə Məmmədovaya yeni vəzifə verilib.
"Qaynarinfo" xəbər verir ki, aktrisa Xalq artisti Rasim Balayevin rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqının birinci katibi təyin olunub.
Sentyabrın 26-da Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin iclası keçirilib. İclasda milli kinonun hazırkı problemləri müzakirə olunub və bəyanat qəbul edilib.
Bundan əlavə, iclasda AKİ-yə yeni üzvlər də qəbul ediliblər. Həmçinin, Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının Nizamnaməsinin 6.12-ci bəndinə əsasən, AKİ-nin katiblərini təyin edib. Qərarla Şəfiqə Məmmədova birinci katib, rejissor Əli İsa Cabbarov icraçı katib təyin olunub.
Həmçinin, digər katiblər:
Rzayev Anar Rəsul oğlu
Bədəlov Nadir Xadmətulla oğlu
Əli Akif Əli oğlu
Əliyev Tahir Cabbar oğlu
Hüseynova Türkan Siyasət qızı
Mustafayev Vaqif Behbud oğlu
Mənsimov Baba Vəzir oğlu
Mirzəyev Ramiz Həsənağa oğlu
Ömərova Həmidə Məmməd qızı
Səfərəliyev Oleq Mirzəağa oğlu
Səlimli Mirbala Seyidəsgər oğlu
Şıxlinski Ziya Ənvər oğlu seçiliblər.
Rəylər