Tanınmış belçikalı müğənni Lara Fabianın noyabrın 23-də Heydər Əliyev Sarayında verdiyi konsertdən maraqlı görüntülər yayılıb.
Oxu.Az xəbər verir ki, sosial şəbəkədə sənətçinin Fidan adlı azərbaycanlı qızla konsertdə səsləndirdiyi dueti maraqla qarşılanıb.
8 yaşındakı Fidan tamaşaçıların arasından səhnəyə yaxınlaşaraq Laraya “Səninlə “Je suis malade” mahnısını söyləmək istəyirəm” deyib.