Azərbaycanın premium kinoteatrı “CinemaPlus” əsl savaş filmləri pərəstişkarlarını “Londonun süqutu” filminin nümayişinə dəvət edir.
Oxu.Az xəbər verir ki, film tamaşaçılara Britaniya paytaxtının küçələrində genişmiqyaslı dağıntılar, tozlu, qanlı, sərt toqquşmalı partlayışlar və yüksəksürətli təqiblər göstərəcək.
“Londonun süqutu” – İran əsilli isveçli rejissor Babək Nəcəfinin ingilisdilli debütudur. Filmdə baş rolları Cerard Batler, Aaron Ekhart və Morqan Friman oynayıb.
Filmdə hadisələr Böyük Britaniyanın baş nazirinin müəmmalı şəkildə öldüyü Londonda cərəyan edir. Dəfn mərasimində qərb dünyasının rəhbərləri iştirak edirlər. Lakin Yer üzündə ən təhlükəsiz hadisə kimi başlayan mərasim dünyanın ən güclü dövlətlərinin liderlərinə qarşı ən təhlükəli qəsd halı alır və bütün dünyanın gələcəyini təhdid edir.
Yalnız üç nəfər fəlakətin qarşısının alınmasına ümidlərini itirmir: ABŞ prezidenti, onun sadiq köməkçisi – xüsusi xidmət agenti və ingilislərin Mİ-6-nın heç kəsin etibar etmədiyi agenti.
