Yeni il xalq artisti Məleykə Əsədovaya uğur gətirdi.
Oxu.Az xəbər verir ki, Akademik Milli Dram Teatrının aktrisası İnsan Hüquqları Müdafiəsi Beynəlxalq Komitəsinin təsis etdiyi “AYPARA və ULDUZ” ordeni ilə təltif olunub.
Orden məşhur xanıma mədəniyyətlərarası münasibətlərin qurulmasına, milli-mənəvi dəyərlərin təbliğinə yönəlmiş ictimai faəliyyətinə, Yeni Azərbaycan Partiyasının üzvü kimi ölkənin hüdudlarından kənarda keçirilən ictimai tədbirlərdə fəal iştirakına görə verilib.
Aytən Sadıqzadə
www.oxu.az