“Eurovision-2013” mahnı müsabiqəsində ikinci yerə sahib olan iştirakçı Fərid Məmmədov Ukrayna-Azərbaycan şirkəti olan “Empire Prod”la əməkdaşlıq edəcək.
Oxu.Az xəbər verir ki, gənc müğənni sosial şəbəkədə “Mən xatırlayacağam”adlı mahnısını təqdim edib. Hələlik mahnının piano versiyası hazırlanıb.Yaxın zamanlarda isə musiqinin orijinal variantı və remiksinin də təqdimatı baş tutacaq.
Mahnını hazırlayan “Empire Prod” şirkətinin əvvəllər Vera Brejneva, Dan Balan, Timur Rodrigez, Eldar Qasımov və Vlada Axundova ilə birlikdə layihəsi olub.
Aytən Sadıqzadə
www.oxu.az