Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Məmməd Araz – 80
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq şairi Məmməd Arazın 80 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək. Tədbir dekabr ayının 9-da, saat 19:00-da baş tutacaq.
Oxu.Az bildirir ki, bir çox elm və mədəniyyət xadimlərinin, iştirak edəcəyi tədbirdə şairin həyat və yaradıcılığından söhbət açılacaq, incəsənət ustaları tərəfindən şeirləri səsləndiriləcək, sözlərinə yazılmış mahnılar ifa olunacaq.
Xatırladaq ki, M.Araz 14 oktyabr 1933-cü ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Nursu kəndində anadan olub. Azərbaycan Pedaqoji İnstitutunu və Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat Kurslarını bitirib.
Azərbaycan Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil, “Ulduz” jurnalında məsul katib, “Ədəbiyyat və incəsənət” qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini işləyib. 1974-cü ildən ömrünün sonuna kimi “Azərbaycan Təbiəti” jurnalının baş redaktoru olan şair uzun müddət Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib.
Xidmətlərinə görə Azərbaycan Respublikasının “İstiqlal” ordeni (1995), Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif edilib, Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatı olub (1992). Onun adına 1993-cü ildən etibarən “Məmməd Araz” ədəbi mükafatı təsis olunub.
Xalq şairi 1 dekabr 2004-cü ildə Bakıda dünyasını dəyişib.
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda zəcirvari qəza baş verdi: Bir maşın AŞDI
- Bakının hansı əraziləri fərdi yaşayış evi tikmək üçün əlverişlidir?
- Bakıda müğənninin qızı rəfiqələrinə qoşulub evdən qaçdı
- Tullantıdan elektrik enerjisinə gedən yol - Zavoddan FOTOREPORTAJ
- Bakıda maskalı şəxs lombarda silahlı basqın edib - ANBAAN GÖRÜNTÜLƏR