Xalq artisti Mənsum İbrahimovun ailəsində ağır itki baş verib.
Oxu.Az Xəbərdar.az-a istinadən bildirir ki, xanəndə Mənsum İbrahimovun anası Gülhəyat İsmayılova aprelin 8-i saat 12.00 radələrində dünyasını dəyişib.
Qeyd edək ki, mərhum Gülhəyat İsmayılova yüksək qan təzyiqindən əziyyət çəkirdi.
Allah rəhmət eləsin!