Kann kinofestivalında amfAR balı zamanı ənənəyə uyğun olaraq, məşhur dizaynerlərin geyimlər hazırladığı nümayiş keçirilir. Təşkilatçı Karin Roytfeld builki şounu Merilin Monroya həsr edib.
Oxu.Az buro247.az-a istinadla xəbər verir ki, “Cinema Against AIDS” adlı baldan əldə olunmuş vəsaitlər xəstəliyin araşdırılmasına yönəldiləcək. Nümayiş üçün 35-ə yaxın məşhur dizayner geyim hazırlayıb. Onların arasında geyimləri Alexander McQueen, Alexander Wang, Burberry, Calvin Klein, Chanel, Christian Dior, Christopher Kane, Giorgio Armani, Givenchy, Gucci, Lanvin, Marc Jacobs, Prada, Ralph Lauren, Tom Ford, Versace, Ulyana Sergeenko var. Geyimləri isə Karli Kloss, Darya Darya Strokous və Arizona Myuz kimi 40 top-model təqdim edəcək.
Qeyd edək ki, 67-ci Kann kinofestivalı mayın 14-dən 25-dək davam edəcək.