İsveç rejissoru, 2013-cü ildə “Oskar” mükafatı almış Malik Bencellul 36 yaşında vəfat edib.
Oxu.Az xəbər verir ki, rejissorun cəsədi may ayının 13-də tapılıb. Bu barədə Associated Press xəbər verib.
Polis əməkdaşı Pia Qlenvik rejissorun Stokholmda vəfat etdiyini deyib. Amma vəfat etdiyi məkan və səbəbi dəqiqləşdirilməyib. Kriminal versiyanı polis idarəsində təkzib ediblər.
Qeyd edək ki, Bencellulun “Şəkərdən adamın axtarışı” əsəri “Ən yaxşı sənədli film” nominasiyasında “Oskar” mükafatına layiq görülüb.
Bu kateqoriya üzrə film eləcə də Britaniya kino və televiziya akademiyasının (BAFTA) mükafatına da layiq görülüb.