Ötən gün Azərbaycan Fotoqrafları Birliyinin “Açıq Qapı” günü toplantısı keçirilib.
Oxu.Az xəbər verir ki, tədbirdə Isparta şəhərində keçirilən “Güllər və göllər” yaradıcılıq görüşünün iştirakçısı olmuş Zamin Cəfərov öz təqdimatı ilə çıxış edib. Z.Cəfərov Süleyman Dəmirəl adına Unversitetdə Avrasiya Fotoqrafları Birliyinin yaradılmasında iştirak etdiyini, Azərbaycan Fotoqrafları Birliyinin təmsilçisi kimi iştirakından hesabat verdi.
Beləliklə, Azərbaycan Fotoqrafları Birliyi və Mədəni tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş Üzrə mərkəzinin birlikdə keçirdiyi aylıq “Natürmort” fotomüsabiqəsinə yekun vurulub.
Müsabiqənin qaliblərini münsiflər heyəti Rüfət Abas, Adil Novruzov və Asim Talıb təyin ediblər. Müsabiqədə 30 nəfər iştirak etməklə yanaşı 72 foto təqdim olunub. Müsabiqənin nəticəsi olaraq üç foto aprel ayı müsabiqəsinin qalibi olub.
“Natürmort” müsabiqəsinin ayın ən yaxşı fotosu Araz Adiloğlu, Zemfira Mahmudova, Ruqiyyə Rəsulovaya qiymətli hədiyyələri Adil Novruzov təqdim edib. Müsabiqənin bütün iştirakçılarına diplomlar təqdim olunub.
Eyni zamanda “Say Chesse” layihəsinin “Mənim Ölkəm Şərq əməkdaşlığında” fotomüsabiqəsi haqda geniş məlumat verilib.
Aytən Sadıqzadə
www.oxu.az