Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvanda səfərdə olan Azərbaycan mədəniyyət naziri Adil Kərimli ilə görüşüb.
Oxu.Az xəbər verir ki, görüşdə muxtar respublika ərazisində tarixi-memarlıq abidələrinin qorunması ilə bağlı səylərin birləşdirilməsi, abidələrin bərpasında ümumi tender prosedurlarında iştirak edəcək şirkətlərin siyahısının hazırlanması məsələləri müzakirə olunub.
Qeyd olunub ki, tarixi abidələrin bərpası istiqamətində iştirak edəcək şirkətlərin siyahsının müəyyənləşdirilməsi bərpa işlərinə təsadüfi, qeyri-peşəkar şirkətlərin cəlb olunmasının qarşısını alacaq. Beləliklə, abidələrin bu istiqamətdə təcrübəli olan şirkətlər tərəfindən daha etibarlı və uyğun şəkildə bərpa olunması təmin ediləcək.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Naxçıvan şəhərində yaradılması nəzərdə tutulan “Naxçıvanın yeddi incisi” turizm kompleksi, Ordubad rayonu əraizisindəki Xarabagilanın bərpası və Ordubadın tarixi abidələri ilə bağlı məsələlər müzakirə olunub.
Rəylər