Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində kadr dəyişikliyi olub.
İdarənin şəbəkəsinə daxil olan Şüvəlan Qəsəbə Mədəniyyət Evinin direktoru Məmmədov Səfər Namus oğlu tutduğu vəzifədən azad olunub.
İdarədən Oxu.Az-a verilən məlumata görə, həmin vəzifəyə Abbasov Natiq Zahid oğlu təyin edilib.
Aytən Sadıqzadə
www.oxu.az