Oktyabrın 23-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dünya şöhrətli fransız aktyoru Jerar Depardye ilə görüşüb.
Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, Ə.Qarayev J. Depardyeni növbəti dəfə Bakıda görməkdən məmnun olduğunu bildirib, son illər mədəniyyət sahəsinin inkişafından, bu sahədə görülən işlərdən danışıb.
Görüşdə son dövrlərdə inkişaf edən Azərbaycan-Fransa mədəni əlaqələri, məşhur aktyorla kino sahəsindəki əməkdaşlıq məsələləri və bu istiqamətdə perspektivlər müzakirə edilib.
J.Depardye əvvəlki səfərlərində olduğu kimi bu dəfə də Bakının gündən-günə gözəlləşdiyinin şahidi olduğunu deyib, habelə Azərbaycan mədəniyyətini sevdiyini bildirib.
Qeyd edək ki, Depardye son vaxtlar daha çox “Asterik və Obeliks” filmindən “Obeliks” obrazını canlandıran aktyor kimi tanınır.
Artıq xəbər verdiyimiz kimi, fransız aktyoru ölkəmizə film çəkməyə gəlib.