Bu gün Parisin mərkəzində Buassyer küçəsində yerləşən qəsrdə, Rusiya Mədəniyyət Mərkəzində “Rus palitrası – Teatral roman” beynəlxalq sərgi açılır. Bu sərgidə Azərbaycanı “Uçuşun illüziyası” rəsm əsəri ilə məşhur azərbaycanlı rəssam Nigar Nərimanbəyova təmsil edəcək.
Oxu.Az rəssamın rəsmi Facebook səhifəsinə istinadən xəbər verir ki, sərginin maraqlı məqamlarından biri də burada rəssamlardan hər birinin yalnız bir əsərini sərgiləməyi olacaq.
