Bakıda neft quyusunda başlayan yanğın söndürülüb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, şiddətli yanğın hadisəsi Hövsan qəsəbəsində qeydə alınıb. Yanğının qəsəbədə yerləşən neft quyularından birində baş verdiyi bildirilir.
Xidmətdən bildiriblər ki, hadisə yerinə cəlb olunan yanğınsöndürən maşınlar yanğının ətraf ərazilərə yayılmasının qarşısını alıblar.
11:25
Bakıda neft quyusunda yanğın başlayıb.
Oxu.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində yerləşən neft quyusunda baş verən yanğının söndürülməsinə 8 yanğınsöndürən maşın cəlb edilib.
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.