Müsahibələrinin birində türkiyəli müğənni Rafet El Romanın keçmiş həyat yoldaşı, model Tuğba Altıntop müğənninin avqust ayında yenidən evlənəcəyini və qızlarını da toya dəvət edəcəyi təqdirdə həmin məclisdə iştirak edəcəklərini söyləyib.
Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Rafet El Roman eks həyat yoldaşının bu sözlərinə reaksiya verib:
“Tuğba xanımın öz-özünə toy tarixi verməsini çox səhv hesab edirəm, bizim evlilik üçün qərarlaşdırdığımız bir tarix yoxdur, söylədikləri mənasızdır”.
Nəzərinizə çatdırırıq ki, Rafet El Roman 1996-2003-cü illərdə Tuğba Altıntopla evli olub. Daha sonra cütlük boşanıb. Həmin nikahdan isə iki qız övladları var. Hal-hazırda müğənni başqa bir xanımla sevgilidir.
Qeyd edək ki, müğənni 7 iyunda Bakıda konsert proqramı ilə çıxış edəcək.
Aytən Sadıqzadə
www.oxu.az