Avqustun 2-də görkəmli Azərbaycan dirijoru və bəstəkarı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazinin vəfatının 30-cu ildönümüdür.
Oxu.Az AzərTAc-a istinadla bildirir ki, bu münasibətlə Fəxri xiyabanda maestronun qəbri ziyarət ediləcək, Niyazinin mənzil-muzeyində “Açıq qapı” günü elan olunacaq.