Azərbaycanın tanınmış müğənnisi Nadir Qafarzadənin ifa etdiyi “Maral” adlı bəstəni ermənistanlı müğənni mənimsəyib.
Oxu.Az-ın məlumatına görə, sözügedən bəstəni Ermənistanın gənc ifaçısı Temur Javoyan lentə aldırıb. Mahnını ifa etməklə kifayətlənməyən ifaçı bu mahnını yeni işıq üzü görəcək albomuna əlavə edəcəyini söyləyib.
Onu da əlavə edək ki, “Maral” adlı bəstəni ilk dəfə Türkiyədə o qədər də tanınmayan Dilək Şimşək adında bir müğənni lentə aldırıb. Daha sonra Azərbaycandan olan müğənni N.Qafarzadə sözügedən bəstəyə müraciət edib. Mahnını yeni aranjimanda ifa edən “Əjdaha” ləqəbli müğənnimiz “Maral” mahnısı ilə Azərbaycanda bu günə qədər olmayan rekord vurub. Belə ki, N.Qafarzadə yeganə Azərbaycan müğənnisidir ki, Youtube şəbəkəsində ifa etdiyi bir mahnısının baxış sayı 6 milyondan artıqdır.
T.Javoyanın ifasında olan “Maral” mahnısını təqdim edirik: