Dünya şöhrətli əfsanəvi italyan bəstəkarı və drijoru Ennio Morricone Bakıya gələcək.
Oxu.Az xəbər verir ki, konsert 25 yanvar 2014-cü ildə Heydər Əliyev Sarayında baş tutacaq.
Ennio Morricone Dövlət Xor Kappelasının müşayəti ilə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrına drijorluq edəcək.
Qeyd edək ki, onun musiqiləri bir neçə dəfə “Grammy”, “Golden Globe”, “BAFTA” mükafatlarına layiq görülüb.
2007-ci ildə ona “Oscar” Fəxri mükafatı verilib. “Sprut”, “Yaxşı, Pis və İdbar” kimi məşhur filmlərin musiqisini yazıb.
Konsert dünya şöhrətli sənətkarın85 illik yubileyi münasibətilə təşkil olunur.
Aytən Sadıqzadə
www.oxu.az