Rejissor Ziya Şıxlinskinin xalq rəssamı Tahir Salahova həsr etdiyi “Ürəklə şəkil çəkən rəssam” adlı sənədli filmi Parisdə keçiriləcək tədbirdə nümayiş olunacaq.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, Tahir Salahovun 85 illik yubileyi münasibətilə təşkil ediləcək tədbirin 2014-cü ilin fevral-mart aylarında keçirilməsi nəzərdə tutulub.
Hazırda filmin fransız dilinə tərcüməsi üzərində iş gedir.