Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə Bakıda konsert proqramı təşkil olunacaq.
Oxu.Az xəbər verir ki, tədbir yanvar ayının 23-də Şövkət Məmmədova adına Opera Studiyasının konsert salonunda keçiriləcək.
Qeyd edək ki, konsert proqramı “Bir millət, iki dövlət” devizi altında keçiriləcək.
Baş tutacaq tədbirdə Bakı Musiqi Akademiyasının türk tələbə və doktorantları, Türkiyənin tanınmış sənətçilərindən müğənni Mustafa Yıldızdoğan, klarnet ifaçısı Hüsnü Şenlendirici, solistlər Elif Nun, Osman Özel, Mehmet Bitmez, Ercüment Ekin, Kadir Verim, Gürkan Çakmak, Coşkun Karademir, Emirhan Kartal, Ata Bahri Çağlayan, Ergün Şenlendirici, Ceyhun Çelikten iştirak edəcək.

Aytən Sadıqzadə
www.oxu.az