Hövsan qəsəbəsində, “Hyundai” markalı avtomobil Hövsan kanalına düşüb.
Oxu.Az ANS PRESS-in məlumatına görə xəbər verir ki, bu gün saat 10:00 radələrində Bakının Suraxanı rayonunda ağır yol qəzası baş verib. Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Hövsan qəsəbəsində, “Hyundai” markalı avtomobil Hövsan kanalına düşüb. Nəticədə avtomobildə olan sərnişin dünyasını dəyişib, sürücü isə xilas ola bilib.
Qəzaya uğrayan avtomobilin sürücüsünün İTV-nin aparıcısı Rafiq Məmmədov olduğu bildirilir. Qəzada dünyasını dəyişən sürücünün doğma bacısı Pərvanə Məmmədova Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşıdır.
Allah Rəhmət Eləsin!