Azərbaycanın premium kinoteatrı “CinemaPlus”da, 20 yanvar tarixində “Qanlı Yanvar” filminin pulsuz nümayişi olacaq.
Oxu.Az xəbər verir ki, filmin rejissoru Vahid Mustafayevdir. Baş rollarda Nəbahət Çehrə, Faiq Mirzəyev və Azər Aydəmir oynayırlar.
Film 1990-cı ilin 20 Yanvar faciəvi hadisələrindən bəhs edir. İki qardaş - Nəcəf kommunist, Mehdi inqilabçıdır. Hər birinin öz həqiqəti var. Dramın mərkəzində isə onların anası Xədicə dayanır.
Qeyd edək ki, 20 yanvar tarixində kinoteatr komediya filmlərini repertuarından çıxaracaq.

Aytən Sadıqzadə
www.oxu.az