Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Rəhmanov səhhətində yaranan problemdən danışdı - YENİLƏNİB + FOTO
Əməkdar artist Rəhman Rəhmanov səhhətində yaranan problemlə bağlı danışıb.
Aktyor Oxu.Az-a açıqlamasında bildirib ki, səhhətindəki problemlər 6-7 il əvvəldən başlayıb:
“Artıq 15 ilə yaxındır ki, şəkər xəstəliyindən əziyyət çəkirəm. 6-7 ildir ayağımda ciddi problemlər yaranıb.
Dəfələrlə müalicə almışam, yenə də problemlər təkrarən ortalığa çıxır.
Xəstəxanaya heç vaxt getməmişəm, getmək də istəmirəm. Yalnız evdə müalicə alıram. Çünki mənə yalnız evdə yaxşı baxa bilərlər. Həkimlərin nəzarətindəyəm. Mütəmadi olaraq, gəlib mənə sistemlər köçürür, iynələr vururlar. Axşam həkimim gəlib bir daha səhhətimi müayinə edəcək.
Ümid edirəm ki, hər şey yaxşı olar”.
10:57
Abdulla Şaiq adına Dövlət Kukla Teatrının aktyoru, Əməkdar artist Rəhman Rəhmanovun səhhətində ciddi problem yaranıb.
Yayılan xəbərə görə, Rəhmanovun ayaqları tutulub.
Aktyor hazırda ev şəraitində müalicə alır.
Oxu.Az-ın əməkdaşı Rəhman Rəhmanovla əlaqə yaratmağa çalışsa da, onun telefonuna zəng çatmayıb.
Qeyd edək ki, bir neçə gün öncə 62 yaşı tamam olan Əməkdar artist şəkər xəstəliyindən əziyyət çəkir.
Rəşad Əliyev
Rəylər