Mayın sonunda tanınmış fransız modelyeri Rolan Mure Azərbaycana səfər edəcək.
Oxu.Az buro247.az-a istinadla xəbər verir ki, səfər çərçivəsində “Scoop Emporium” butikində dizaynerin çoxdan gözlənilən payız-2014 kolleksiyası nümayiş olunacaq.
Yeni kolleksiyanın təqdim edildiyi məkan dizaynerin Yaz/yaz 2014 Paris' Le Palais Royal kolleksiyasından ilhamlanaraq, ağ və qara parça zolaqlar ilə dekorasiya ediləcək. Kolleksiya ilə bağlı Mure bunları deyib:
“Bu, mənim üçün hansısa libasın təqdimatı deyil, onilliklər ərzində bacarıqlarımın inkişafı və öz üzərimdə çalışmağımın təqdimatı, texnika və bədiilikdə irəli getməmin ifadəsidir”.
Özəl tədbirə giriş yalnız dəvətnaməylədir. Moda nümayişi mayın 23-ü saat 19:00 keçiriləcək.