Rusiya estradasının ulduzu Jasmin Azərbaycan mahnısı oxuyub.
Oxu.Az 1news.az-a istinadən xəbər verirk ki, müğənni Rusiyanın Birinci kanalının yayımlanan konsertlərin birində Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Telli və Vəlinin partiyasını ifa edib.
Müğənni mahnının rus dilində olan versiyasını səsləndirib.
Jasminin ifasında “Деньги есть?” (“Pulun var?”) adlı mahnını təqdim edirik.
Qeyd edək ki müğənni səhnəyə şərq geyimində çıxıb və onu Qafqaz xalqlarına məxsus geyimdə olan rəqqaslar müşayiət edib.