Sosial şəbəkələrdə yayılmış məlumata görə, noyabrın 20-də Bakının Nizami rayonunda pedofil 13 yaşlı oğlana hücum çəkib.
Oxu.Az 1news.az-a istinadənxəbər verir ki, noyabrın 20-də axşam saat 18:30 radələrində Bəhruz Nuriyev küçəsində (“Xalqlar dostluğu” metro stansiyasının qarşısında, yarmarkanın yaxınlığılnda) 45-55 yaşlı kişi 13 yaşlı yeniyetməyə hücum çəkib.
“Kişi onun əllərini burub sıxaraq, yaxınlıqdakı binalardan birinin blokuna çəkib və orada oğlanı əlləməyə başlayıb.
Lakin az yaşına baxmayaraq, oğlan onun mədəsinin altından təpiklə vuraraq qaça bilib”, - İlqar Zeynalov adlı istifadəçi yazır.
Zeynalovun sözlərinə görə, oğlanın psixiki durumu normal qiymətləndirilir, onun sağlamlığına zərər vurulmayıb. Yeniyetmənin valideynləri polisə müraciət ediblər.
