Rusiyanın xalq artisti, aktyor Albert Filozov vəfat edib.
Oxu.Az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, aktyor aprelin 11-də 79 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib.
Qeyd edək ki, A.Filozov 1937-ci ildə Sverdlovsk vilayətində anadan olub.
Aktyor karyersına 1959-cu ildə başlayıb. O, “İdeal ər”, “Biz yox, bəs kim?”, “Əlvida, Meri Poppins”, “1944-ün avqustunda” və başqa filmlərdə rol alıb.