Şair Əlisəmid Kür bu gün Salyan rayonunda torpağa tapşırılıb.
Bu barədə Oxu.Az-a şairin qızı Aynur Mehdiyeva məlumat verib.
O qeyd edib ki, atasının üç mərasimi Bakıda keçiriləcək.
"Ayın 15-də Bakıda üç mərasimi olacaq. Harada keçiriləcəyi ilə bağlı əlavə məlumat verəcəyik", - deyə A.Mehdiyeva bildirib.
Şair Əlisəmid Kür doğulduğu Salyan rayonunda dəfn olunacaq.
Bu barədə Oxu.Az-a şairin qızı Aynur Mehdiyeva məlumat verib.
"Bir azdan Salyana yola düşəcəyik, atam orada dəfn olunacaq", - deyə A.Mehdiyeva bildirib.
Əzizə İsmayılova
Şair Əlisəmid Kür (Cəfərli) vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya şairin ailə üzvləri məlumat veriblər.
Ailəsinin bildirdiyinə görə, o, bu gün yaşadığı evdə dünyasını dəyişib.
Qeyd edək ki, səhhətində yaranan problemlər səbəbindən Əlisəmid Kür sentyabrın 15-də Respublika Diaqnostika Mərkəzinə yerləşdirilmiş, daha sonra müalicəsi Respublika Klinik Xəstəxanasında davam etdirilmişdi.
O, bir neçə gün əvvəl ailəsinin istəyi ilə evə buraxılmışdı.