“Sarı gəlin” Azərbaycan xalq mahnısı qədim tarixə malik sənət nümunəsidir. Son illərdə demək olar ki, bütün dünyada tanınan məşhur mahnıya Türkiyənin Ərzurum şəhərində 6 müxtəlif ölkənin müsiqiçilərinin iştirakı ilə klip çəkilib.
Oxu.Az xəbər verir ki, klipdə “Sarı gəlin” mahnısını ümumilikdə 36 müğənni ifa edib. Onların arasında Türkiyə, Estoniya, Ukrayna, Makedoniya, Litva və əlbəttə ki, Azərbaycan təmsilçiləri olub.
“Sarı gəlin” mahnısını dinləyən hər bir azərbaycanlı üçün bu mahnı olduqca doğmadır.