“Eurovision-2012” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən müğənni Səbinə Babayeva konsert verməyə hazırlaşır.
Oxu.Az Trendlife-a istinadən xəbər verir ki, konsert proqramı yanvar ayının 25-də Bakı Caz Mərkəzində baş tutacaq.
Konsertdə müğənnini görkəmli musiqiçilər - Elbəy Məmmədzadə (piano), Rauf Sultanov (gitara), Həsən Bilalov (baraban), Zaur Mirzəyev (saksafon), Elnur Hüseynov (vokal), Mədinə Muardxanova (vokal), Nərminə seyidova (vokal) müşayiət edəcəklər.