Dekabrın 1-də Şəki Dövlət Dram Teatrında “Türk dünyasının mədəniyyət paytaxtı 2016” ilinin bağlanış mərasimi keçirildi.
Bu barədə Oxu.Az-a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Mərasimdən öncə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 34-cü toplantısında iştirak edən qonaqlar əvvəlcə teatrın foyesində türkdilli ölkə rəssamlarının rəsm sərgisi ilə tanış oldular.
Daha sonra ən yaxşı rəsm əsərinin müəllifi mükafatlandırıldı. Mənsur Əzizliyə “TÜRKSOY birliyi Şəkidə” adlı əsərinə görə qurumun mükafatı təqdim olundu.
A.S.
www.oxu.az