Dahi yazıçı Cerom Devid Selincerin həyatından film çəkilib.
Oxu.Az Kulis.az-a istinadən xəbər verir ki, “Çovdarlıqda islah edən” (“Rebel in the Rye”) adlı filmdə tanınmış yazıçını Nikolas Holt canlandırır.
“Çovdarlıqda uçurumdan qoruyan” (The Catcher in the Rye) əsəri ilə ədəbiyyat klassikinə çevrilən Selincerin gənclik illərini anladan filmi “C.D.Salinger: A Life” kitabı əsasında Kennet Slavenski ssenariləşdirib.
Filmin rejissoru Denni Stronqdur.
Film sentyabrın 15-də nümayiş olunacaq.
Filmdən fraqmenti diqqətinizə çatdırırıq.