Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
:1200.jpg)
Şeyx Əbdül: “Elxan Qasımov haqqını almadı”
“Elxan Qasımovun ölümü mənin üçün çox ağırdır”.
Bu sözləri Oxu.Az-a açıqlamasında ötən gün vəfat edən tanınmış kinorejissor, Əməkdar artist Elxan Qasımovun vida mərasimində Xalq artisti, tanınmış rejissor Əbdül Mahmudov (Şeyx Əbdül) deyib.
Onun sözlərinə görə, Elxan Qasımov haqqını almadan dünyadan köçdü:
“Çox təəssüflər olsun ki, gedənlərin yerinə mənəviyyatlı adam gəlmir. Ağır itkidir. Elxan Qasımov haqqını almadı”.
Ə.Mahmudov Elxan Qasımovun ölüm xəbərini Masallıda aldığını qeyd edib:
“Ötən gün səhhətimlə əlaqədar Masallıda idim. Ölüm xəbərini alan kimi Bakıya gəldim.
Onunla həmişə zarafat edirdik. Deyirdim ki, Allah elə eləsin ki, biz səndən tez ölək. Çünki o bizi ləyaqətlə dəfn edəcəkdi. Lakin bizim əlimizdən heç nə gəlmir. Özümə nifrət etdim. Ruhu şad olsun, inşallah orada haqqa qovuşar”.
Nəzrin Vahid
"Masallı" teqi üzrə xəbərlər
- Masallı Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini vəfat edib
- Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa olundu
- Masallıdan sel keçdi - Yolda hərəkət ÇƏTİNLƏŞİB
- Masallıda 30 yaşlı qadının ölümü ilə bağlı araşdırmalara başlanıldı
- 17 yaşlı gənc şəxsiyyət vəsiqəsində "qız", məlumat bazasında "oğlan" kimi qeyd olunub - TƏFƏRRÜAT