Noyabrın 23-də saat 13:00-da Şotlandiya milli musiqi ifaçıları Müqəddəs Endryu Günü münasibətilə İçərişəhərdə “The Vale of Athol Pipe Band” adlı yürüş keçirəcəklər.
Oxu.Az xəbər verir ki, Bakı Kaledoniya Cəmiyyəti və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Tarix-Memarlıq Qorğu İdarəsi birgə hazırladığı mərasimdə, milli geyimlərində olan Şotlandiya tuluq zurnaçıları öz ifalarını Qoşa Qala Qapısının qarşısındakı əsas meydanda başlayacaq və daha sonra İçərişəhərin küçələrindən keçərək Qız Qalasının yanında yekunlaşdıracaqlar.
Qeyd edək ki, şotlandlar Müqəddəs Endryunu Şotlandiyanın himayəçisi hesab edir və onun şərəfinə hər il noyabr ayında bayram tədbirləri keçirirlər.