Məşhur Hollivud ulduzu Stiven Siqal ilk dəfə Bakıda, Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edəcək.
Mərkəzdən Oxu.Az-a verilən məlumata görə, dekabrın 16-sı və 17-də keçiriləcək konsertdə Stiven Siqal və onu müşayiət edəcək qrup tamaşaçılara blüz musiqi proqramı təqdim edəcək.
Dekabrın 16-ı və 17-də bir saatdan artıq davam edəcək konsert proqramında gitara ifaçısı, müğənni Stiven Siqal blüz janrında musiqi ilə izləyicilərin qarşısına çıxacaq.
Konsertin biletlərini Heydər Əliyev Mərkəzinin kassasından əldə etmək olar.
:640.jpg)