Bu gün Azərbaycan Respublikasının Əməkdar artisti, aktrisa və rəssam Suğra Bağırzadənin doğum günüdür.
Oxu.Az xəbər verir ki, Suğra Sadiq qızı Bağırzadə ixtisasca mühəndisdir, “Azərbaycanfilm” kinostudiyasında texniki şöbənin böyük mühəndisi vəzifəsində işləyir.
O, uşaqlıqdan həyatını incəsənətə bağlayıb. Onun ifasında “Cücələrim” mahnısı doğma Azərbaycanın hüdudlarından kənarda da tanındı. Özünün aktyorluq istedadına görə uğurla kinoda çəkilib. Onun əvvəllər güllərlə işləmək həvəsi kimi başlanan xobbisi tədricən daha bir peşəyə keçdi. Təbii güllərdən yaratdığı kompozisiyalar ona floraçı-rəssam şöhrətini gətirib.
O, 2008-ci ildə Əməkdar artsit fəxri adına layiq görülüb.
S.Bağırzadə “Yollar və küçələrlə” (1963), “Ulduz” (1964), “Alma almaya bənzər” (1975), “Şir evdən getdi” (1977), “Tələ” (1990), “Yuxu” (2001), “Güllələnmə təxirə salınır!...” (2003), “Sonuncu şahid” (2004), “Qəmbər Hüseynli” (2007) filmlərində rol alıb.
Aytən Sadıqzadə
www.oxu.az