Azərbaycan Respublikasının Əməkdar artisti Suğra Bağırzadə beynəlxalq mükafatlarla təltif olunub.
“Azərbaycanfilm” kinostudiyasından Oxu.Az-a verilən xəbərə görə, aktrisa Türk Dünyası Beynəlxalq Tədqiqatlar Elmlər Akademiyası tərəfindən türk dünyası mədəniyyətinə verdiyi töhfələrə görə Beynəlxalq Mükafatlar Komitəsinin “Qızıl Ulduz” və “Türk Dünyasında İlin Mədəniyyət Adamı” mükafatlarına layiq görülüb.