Türkiyədə fevralın 6-da baş verən zəlzələlər on minlərlə insan itkisi ilə nəticələnib. Həmin müddətdə bir çox verilişlər kimi, ölkədə və xaricdə maraqla izlənən “Survivor” yarışması da yayımlanmayıb. Müsabiqənin xaricdə (Dominikanda) və tamamilə təcrid şəraitində keçirilməsi bir çoxlarında yarışma iştirakçılarının zəlzələdən xəbəri olub-olmadığı sualları yaradıb.
Ancaq bu gün yayımlanan kadrlar suallara son qoyub. Görüntülərdə “Survivor” iştirakçılarının zəlzələdən xəbər tutduqları an nümayiş olunub.
İddiaya görə, xəbəri eşitdikdən sonra altı iştirakçı yarışmanı tərk edib.
Qeyd edək ki, layihə rəhbəri Acun İlıcalının yarış iştirakçılarına zəlzələ ilə bağlı danışdığı anların yayımı sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Belə ki, bəzi istifadəçilər bu anların paylaşılmasını narazılıqla qarşılayıblar, amma bunda problem görməyən izləyicilər də az olmayıb.
Mənbə: Haber Global