Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Tamara Sinyavskaya: Azərbaycan xalqı nəğməkar xalqdır - VİDEO
SSRİ xalq artisti, mərhum Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya “MİR 24” telekanalının studiyasında həyat yoldaşının irsinin fondundan, vokal müsabiqəsindən və rus opera müğənnilərindən danışıb.
Oxu.Az həmin materialı təqdim edir:
İki opera dahisi Yelena Obrazsova və Tamara Sinyavskayanı illərin dostluğu bağlayır. Onların hər ikisi hal-hazırda tədris layihələri ilə məşğuldurlar. Tezliklə, Peterburqda Obrazsova adına Beynəlxalq Musiqi Akademiyası açılacaq, Moskvada isə artıq bir neçə ildir ki, Tamara Sinyavskayanın başçılıq etdiyi M.Maqomayev adına Fond fəaliyyət göstərir. Biz xalq artisti ilə onun fəaliyyəti barədə söhbət etmək üçün görüşdük.
- Tamara İlyiniçna, Sizin Müslüm Maqomayev adına Fondunuz vokal müsabiqəsinin keçirilməsindən başqa nə ilə məşğuldur?
- Uşaq evlərinə yardım ilə. Aras İskəndəroviç Ağalarovun birbaşa iştirakı ilə. Demək olar ki, o, Müslüm Maqomayevin musiqili yaradıcılıq irsi fondunun ürəyidir.
Başa düşürsüz, bu hansı meyarlara uyğun edilir. Burada yalnız Müslümə (Maqomayevə) pərəstiş deyil, eləcə də onları uzun illər bağlayan əsl kişi dostluğu var.
Əlbəttə ki, vokalçılara, müğənnilərə, məsələn, İtaliyada təhsil almaq üçün yardım.
Bizim münsiflər heyətinin üzvlərindən biri Vençenso de Vivadır. O mənə deyir ki, “Tamara, əgər istedadlı müğənnilər varsa, mənə bildirin, mən böyük məmnuniyyətlə onları İtaliyada hansısa kurslara qəbul edərəm”.
Bu, çox faydalıdır. Amma bu artıq təməli olanlar üçün faydalıdır. İtaliya vokal məktəbi özünəməxsusdur, ona hazır olmaq və ya orada doğulmaq lazımdır.
- Tamara İlyiniçna, Bakıda tez-tez olursuz?
- Mən hər iki aydan bir ora gedirəm. Mən hələ ki, bunsuz bacarmıram. Mən Fəxri xiyabana Müslümün yanına gedirəm. Baxmayaraq ki, burada da onun abidəsi var. O iki şəhərdə yaşayırdı, indi mən də onun kimi edirəm.
- Azərbaycanda, Bakıda mədəniyyət və opera, vokal sahəsində əsasən nə baş verir?
- Müsabiqəyə göndərilən gənclərin səviyyəsini gördükdə, onları dinlədikdə anladım ki, bu sahədə hər şey qaydasındadır. Azərbaycan xalqı nəğməkar xalqdır. Müslüm bu üslubun təməlini qoyub.
- Bu, iki mənalı anlayışdır: tələblər çox yüksəkdir – çalış çatasan!
- İş də ondadır ki, çatmaq üçün məqsəd mövcuddur. Məgər sənə maraqlı olmayan insanlarla oxumaq maraqlıdır? Mənə həmişə məndən güclü olanlarla oxumaq maraqlı gəlib. Belə alınırdı, çünki mən teatra gənc yaşlarımda gəlmişəm, və bütün tərəf müqabillərim məndən 20 yaş böyük idilər. Onlar artıq ustad idilər və mənim onlardan öyrənəcəklərim çox idi.
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda müğənninin qızı rəfiqələrinə qoşulub evdən qaçdı
- Tullantıdan elektrik enerjisinə gedən yol - Zavoddan FOTOREPORTAJ
- Bakıda maskalı şəxs lombarda silahlı basqın edib - ANBAAN GÖRÜNTÜLƏR
- "Bakıda üç gündür aşan yol nişanı təmir edilmir" - Şikayət
- Bakıda biri uşaq olmaqla üç nəfər yanaraq öldü: YENİ DETALLAR