“Ulduz müharibələri”nin 9-cu bölümünün rejissoru Kolin Trevorrou filmin yaradıcı heyətinin tərkibindən ayrılıb.
Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb ssenari ilə bağlı yaranan ziddiyyətlərdir
“Kolin gözəl əməkdaş idi, lakin biz belə qənaətə gəldik ki, layihəyə yanaşmamız fərqlidir. Biz ona uğurlar arzulayırıq. Tezliklə film haqqında daha çox məlumat bölüşəcəyik”, - deyə “Lucasfilm”dən bildirilib.
E.C.
www.oxu.az