“Mastercard” ödəniş kartlarının istifadəçilərinə kartlarının bağlanılması ilə bağlı yalan məlumatlı məktublar göndərilir.
Oxu.Az lent.az-a istinadən xəbər verir ki, ESET nümayəndələri hakerlərin ödəniş sisteminin adından məktublar göndərdiyini deyiblər. Mətndə kibercinayətkarlar onların akkauntunun blok edildiyi barədə xəbərdarlıq edirlər və kartlarının blokdan çıxarılması üçün keçidə keçməyi təklif edirlər. Fişinq sayta keçdikdə isə istifadəçi kartın nömrəsi, istifadə müddəti və bank kartının CVV nömrəsi də daxil olmaqla, kartın bütün məlumatlarını daxil edir. İstifadəçi “Daxil ol” düyməsini sıxdıqda isə könüllü olaraq bütün məlumatları fırıldaqçılara göndərmiş olur.
Bundan başqa, fişinq səhifə .gob.mx domenində yerləşir. Bu isə onun Meksika hökumətinə məxsus olduğundan xəbər verir.
L.Ə.