İspaniyadan olan rəssam-illüstrator Federiko Babinanın yeni “Archiportraits” əsərlər toplusu məşhur memarlara həsr olunub. Topluya XX və XXI əsrin 33 qabaqcıl rəssamının portreti daxildir.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Babina həmkarlarının rəsmini onların ən məşhur tikililərinin elementlərindən istifadə edərək yaradıb. “Archiportraits” layihəsini hazırlamaqda Federikonun məqsədi rəssamların xarakterini əl işi vasitəsilə göstərmək olub.
Dünya şöhrətli memar Zaha Hadidinin rəsmində Bakının müasir memarlıq nümunələrindən olan Heydər Əliyev Mərkəzinin təsviri var.
Portretləri yaradılanlar sırasında Jan Nuvel, Daniel Libeskind, Byarke İnqels, Norman Foster, Rema Kolxas, Oskar Nimeyera, Antonio Qaudi və digərləri var.