Azərbaycanın premium kinoteatrı “CinemaPlus” 6 yanvar tarixində Kventin Tarantinonun “Mənfur səkkizlik” filminin dünya premyerasından 7 gün öncə qapalı premyerasını keçirib.
Oxu.Az xəbər verir ki, kinoteatrda Vəhşi Qərb ab-havası hökm sürüb, furşet təşkil olunub. Tədbirin yadda qalan hissəsi, kovboy üslubunda rəqs quruluşu - şou proqramı olub. Şou biznes ulduzları, məşhur jurnalistlər, bloqqerlər və iri təşkilatların sahibkarları həmin axşamın qonaqları olublar.
Qeyd edək ki, Azadlıq prospekti 45 ünvanında, “28 Mall” Ticarət Mərkəzinin 5-ci mərtəbəsində yerləşən “28 Cinema” kinoteatrın yeni adı “CinemaPlus”dır.
Aytən Sadıqzadə
www.oxu.az