“Interfilm International” şirkəti (MDB ölkələrində nümayiş etdirilən aparıcı xarici və yerli şirkətlərin kinofilmlərinin rəsmi distribüteri) azərbaycanlı tamaşaçılarına “Transformerlər: Məhv etmək dövrü” filmini iyun ayının 26-da təqdim edəcək.
Janr: Fantastik Ekşn
Rejissor: Maykl Bey (“Transformerlər”, “Qaya”, “Perl Xarbor”, “Armagedon”)
Rollarda Mark Uolberq (“Üçüncü artıqdır”, “Geri çəkilənlər”, Stenli Tuççi (“Ac oyunlar: və Alov ərşə qalxacaq”, “İblis “Prada” geyinir”, “Persi Cekson və bədheybətlər dənizi”), Sofiya Mayls (“Cəhənnəmdən”, “Başqa dünya”).
XXI əsrin ən çox gəlir gətirən franşiszinin davamı. Süjet daha maraqlı, yumor daha çox, avtobotlar isə daha güclüdür!
Avtobot və deseptikonlar planeti tərk edirlər, insanlar isə bu planetin qalıqlarını bir yerə toplamalıdırlar.
Bununla yanaşı qüdrətli iş adamları və dahi alimlərdən ibarət qrup keçmişin səhvlərindən dərs alaraq texnologiyaları təkmilləşdirərək əvvəlki nəzarət çərçivələrindən çıxmaq istəyirlər. Bu zaman isə digər qrup – qədim transformerlər – Yeri hədəf alırlar.
