Fevralın 23-də Rusiyanın Moskva şəhərində Dövlət Tretyakov Qalereyasında SSRİ və Azərbaycanın Xalq rəssamı Tahir Salahovun sərgisi açılacaq.
Fevralın sonuna qədər davam edəcək sərgidə Salahovun Dövlət Tretyakov Qalereyasının kolleksiyasında olan rəsm əsərləri, o cümlədən dünya şöhrətli “Abşeron qadınları”, rəssamın qızı “Aydan”ın portreti, “Bəstəkar Qara Qarayevin portreti” əsərləri nümayiş etdiriləcək.
Mənbə: Vestnik Kavkaza