Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
![Türk dünyasının mədəniyyət paytaxtı bəlli oldu](https://images.oxu.az/2019/12/02/10/59/35/a03cd06a-3a19-49c5-853c-6a5ad6ab0b1c/Xivə:1200.jpg)
Türk dünyasının mədəniyyət paytaxtı bəlli oldu
2020-ci il Türk dünyasının mədəniyyət paytaxtı Özbəkistanın Xivə şəhəri seçilib.
Qırğızıstan Mədəniyyət, İnformasiya və Turizm Nazirliyindən verilən məlumata görə, bu barədə TURKSOY-a üzv dövlətlərin 37-ci iclasında bildirilib.
Oxu.Az-ın xəbərinə görə, qərar Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Türkiyə və Türmənistan nümayəndələri tərəfindən yekdilliklə qəbul olunub.
Hazırda Oş şəhəri (Qırğızıstan) mədəniyyət paytaxtı statusuna sahibdir. Türk dünyasının ilk mədəniyyət paytaxtı isə 2012-ci ildə Astana olub.
Bundan başqa, bu titula Azərbaycanın Şəki, Türkiyənin Kastamonu, Qazaxıstanın Türküstan, Türkmənistanın Marı və RF-da yerləşən Tatarıstanın Kazan şəhəri layiq görülüblər.
Günel Murad
Rəylər