Türkiyəli müğənni Soner Olgun Azərbaycan xalq mahnısı “Tut ağacı”na klip çəkdirib. Çəkilişlər Fethiyedə, Yakapark və Tlos Antik Teatrının tarixi və təbii gözəlliklərindən ibarət məkanlarında aparılıb.
Oxu.Az xəbər verir ki, ekran işinin rejissoru Ersin Taşdır. Klipdə ifaçının tərəf müqabili rolunda tanınmış teatr və kino aktrisası Zeynep Gülmez çəkilib.
“Efsane türküler” adlı albomda yer alan mahnı barədə “Azərbaycana aid anonim türkü” sözləri qeyd olunub.
A.S.
www.oxu.az