Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

TÜRKSOY-un baş katibi: "Təşkilatımız Şuşada keçiriləcək üç möhtəşəm tədbirə hazırlaşır"
"TÜRKSOY Şuşada keçiriləcək üç möhtəşəm tədbirə hazırlıq mərhələsindədir".
Bunu "Report"un Ankara bürosuna açıqlamasında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev bildirib.
O xatırladıb ki, bir ay sonra Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi zirvə görüşü keçiriləcək:
"Bu, Türk dünyasının daha da gücləndirilməsi adına çox gözəl təşəbbüsdür. Biz hazırda bu toplantıya hazırlaşırıq".
Sultan Raev bildirib ki, ICESCO tərəfindən "Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı keçiriləcək tədbirlərə TÜRKSOY da qatılacaq: "İyul ayının əvvəllərində Şuşa Qlobal Media Forumu keçiriləcək ki, bu tədbirdə də iştirak üçün hazırlıqlar görürük".
S.Raev Azərbaycanın TÜRKSOY-un fəaliyyətlərində ən aktiv iştirakçı olduğunu təqdir edib: "Azərbaycan TÜRKSOY-un lokomotivlərindən biridir və təşkilatımızın tədbirlərində fəal iştirak edir".
TÜRKSOY rəhbəri Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində qurulan Azərbaycan Mədəniyyət Mərkəzi ilə də əməkdaşlıq qurmaq niyyətinin olduğunu bildirib.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Deputat: "Pakistanın baş nazirinin Bakıya səfəri əlaqələrin inkişafına yeni impuls verəcək"
- İlham Əliyev Küveyt əmirinə təbrik məktubu göndərdi
- Prezident: "Pakistanla birgə istehsal müəssisələri məsələsi üzərində işləyirik"
- Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib
- Deputat: "Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı ilə bəşər tarixində bir vəhşilik aktıdır"