Akademik Milli Dram Teatrında xalq şairi Vaqif Səmədoğlunun 75 illik yubiley tədbiri keçirilir.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev prezident İlham Əliyevin Vaqif Səmədoğlunun “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında sərəncamını və təbrik məktubunu oxuyub.
V. Səmədoğlu Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə təltif edilib.
R.Mehdiyev elə səhnədə V.Səmədoğluna “İstiqlal” ordenini təqdim edib.